Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 00:13

Güləşçilərin maaşlarının ödənildiyi bildirilir


Azərbaycan güləşçiləri etiraz edir - 15 aydır, maaş ala bilmirik
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Azərbaycan güləşçiləri etiraz edir - 15 aydır, maaş ala bilmirik

Güləş üzrə Azərbaycan yığma komandaları üzvlərinin maaşları ödənilib.

Bu barədə «Turan» agentliyinə Azərbaycan Güləş Federasiyasından (AGF) bildiriblər.

Agentlikdən deyiblər ki, güləşçilərlə yanaşı, milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də alacaqları artıq ödənilib.

XATIRLATMA

İyulun 28-də ölkənin güləşçilərdən ibarət yığma komandasının üzvləri AGF önündə bir araya gələrək, 12 aydan artıq maaş almadıqlarını dilə gətirmişdilər. Etiraz edən güləşçilər arasında bir çox uğurlara imza atan Toğrul Əsgərov, Rəsul ÇunayevHacı Əliyev də var idi.

Onlar bildirirdilər ki, üç həftədən sonra sərbəst və Yunan-Roma güləşi üzrə dünya çempionatı keçiriləcək. Ancaq Azərbaycan yığmasının güləşçiləri yarış əhvalında deyil. Çünki əlaqəli qurumlar bundan ötrü gərəkli şəraiti yaratmayıblar.

Federasiyadan isə buna cavab olaraq bildirmişdilər ki, bu məsələlər sponsordan asılı məsələdir. Üstəlik, güləşçilərin buna qədər beynəlxalq yarışlarda göstərdikləri uğurlara görə mükafatları tam ödənilib.

AGF həmçinin vurğulayırdı ki, onların maaş vermək kimi öhdəliyi yoxdur.

Azərbaycan Güləş Federasiyası 1993-cü ildə təsis olunub. Hazırda federasiyanın prezidenti vergilər naziri Fazil Məmmədovdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG