Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 14:59

Həbsdəki keçmiş məmurun vəziyyəti pisləşib


Vidadi Zeynalov

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq Aparat rəhbəri Vidadi Zeynalovun durumu pisləşib. Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan keçmiş məmur Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

«Vidadi Zeynalovun ürəyində problemlər vardı. Onun səhhətindəki problemləri məhkəmədə də demişdik. Təəssüf ki, nəzərə alınmadı. Üstəlik, isti havada qapalı yerdə saxlanması da səhhətinə təsir göstərib», – V. Zeynalovun vəkillərindən biri AzadlıqRadiosuna məlumatı təsdiqləyib.

MTN ətrafındakı məlum hadisələrdən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra vəzifəli şəxsləri, o cümlədən V.Zeynalov həbs olunub. 2015-ci ilin noyabrından həbsdə olan Zeynalov bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilib. O, vəzifəsindən sui-istifadə edərək nazirliyin təmir-tikintisi, avadanlıqların alınması üçün ayrılmış vəsaitlərin mənimsənilməsində suçlanır.

V.Zeynalova 13 il həbs cəzası verilməklə yanaşı, həm də onun özünün və yaxınlarının adına olan xeyli əmlak müsadirə olunub.

Hökmdən narazı qalan V.Zeynalov apellyasiya şikayəti verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG