Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 15:58

Türkiyə Moskvanı cavab tədbiri ilə hədələyir


Nihat Zeybekci

“Əgər Rusiya tomat məhsulları da daxil olmaqla, Türkiyədən müxtəlif kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətləri aradan qaldırmasa Ankara cavab tədbirləri görəcək.

RİA Novostinin avqustun 10-da verdiyi məlumata görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

O buna görə ixratçıların təzyiqləri ilə üzləşdiklərini bildirib.

Nazir həmçinin qeyd edib ki, Türkiyə buna artıq məhəl qoymaya bilməz və buna görə cavab tədbirləri görə bilər.

Amma Zeybekçi abvqustun 17-19-da Rusiya tərəfi ilə aparılacaq danışıqlara ümidlə yanaşdığını bildirib.

Xatırlatma

Türkiyə 2015-ci ildə Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra iki ölkə arasındakı münasibətlər faktiki pozulmuşdu.

Bundan sonra Moskva Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq elədi.

Racep Tayyip Erdogan sonradan həmin insident zamanı həlak olmuş rusiyalı pilotların ailəsindən üzr istədikdən sonra münasibətlər normallaşdı və Rusiya çüzi məhsulları çıxmaq şərtilə sanksiyaların əksəriyyətini aradan qaldırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG