Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyun, Cümə, Bakı vaxtı 05:53

Metronun 'Sahil' stansiyası bağlanır


Metro

Bakı metrosunun «Sahil» stansiyasına giriş və çıxış təmirə görə bağlanacaq.

Bu barədə «Bakı Metropoliteni» QSC-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, «Sahil» stansiyasında eskalatorların istismar müddəti başa çatıb. Onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.

Mətbuat xidməti vurğulayır ki, «Sahil» stansiyasında aparılacaq əsaslı təmir müddətində «LT-3» tipli üç eskalator söküləcək. Onların yerində Almaniyanın «ThyssenKrupp Fahrtreppe» şirkətinin «Victoria» tipli dörd eskalatoru quraşdırılacaq.

«Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək. Eskalatorların yenisi ilə əvəzlənəcəyi və əsaslı təmir işlərinin yerinə yetiriləcəyi müddət ərzində, birçıxışlı olduğu üçün, «Sahil» stansiyasının bağlanması zərurəti yaranıb. «Sahil» stansiyası bu il avqustun 20-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Qatarlar bu stansiyada dayanmadan «İçərişəhər» və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci il iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur»,-məlumatda vurğulanır.

Bakı metrosu 1967-ci il noyabrın 6-da istismara verilib. «Sahil» stansiyası ilk gündən fəaliyyət göstərən 5 stansiyadan biri olub.

XS
SM
MD
LG