Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 08:44

«Reuters» xəbər verir ki, ABŞ-ın BMT-dəki səfiri Nikki Haley bu ay Vyanaya səfər edəcək və BMT-nin nüvə agentliyi rəsmiləriylə İranın nüvə fəaliyyətini müzakirə edəcək.

«Reuters» adını çəkmədiyi ABŞ rəsmisinə istinadla yazır ki, bu səfər Vaşinqtonun Tehranın nüvə sazişinə necə əməl etməsinə nəzarəti çərçivəsində gerçəkləşdirilir.

Prezident Donald Trump apreldə göstəriş verib ki, ABŞ-ın İrana bəzi sanksiyalarının qaldırılmasının Vaşinqtonun maraqları çərçivəsində olub-olmaması araşdırılsın. O, İranın altı ölkəylə imzaladığı sazişi «indiyədək əldə olunmuş ən pis razılaşma» adlandırıb.

BMT və Qərbin əsas sanksiyaları 18 ay öncə qaldırılıb. Bu, Tehranın nüvə fəaliyyətinin məhdudlaşdırılması əvəzində gerçəkləşdirilib. Ancaq BMT-nin Tehrana silah embarqosu və digər məhdudiyyətlər hələ qalmaqdadır.

N.Haley Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmiləri ilə görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG