Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:37

Avqustun 9-da Birləşmiş Ştatlar Şimali Koreyaya xəbərdarlıq edib ki, nüvə silahları fəaliyyətindən əl çəkməməsi «rejimin sonuna və xalqının məhvinə» aparar.

Bu bəyanatla müdafiə naziri Jim Mattis çıxış edib. Ondan öncə prezident Donald Trump deyirdi ki, ABŞ-ın nüvə arsenalı məğlubedilməzdir və ümid edir ki, heç vaxt ondan istifadəyə məcbur qalmayacaq.

«Şimali Koreya rejiminin addımları bizimkiləri ötə bilməyəcək və silahlanmanı, başlatdığı münaqişəni uduzacaq», – Mattis deyib.

O, Pxenyanı özünütəcridi dayandırmağa və nüvə silahlarından əl çəkməyə çağırıb.

Mattis-in bəyanatından bir neçə saat sonra Şimali Koreya Sakit okeandakı Quam adasını vurmaqla bağlı hədəsini bir daha dilə gətirib. Pxenyanın sözlərinə görə, yapon adaları üzərinə və Quam sahillərinin 40 kilometrliyinə dörd raket buraxmaq planlarını yekunlaşdırmaq üzrədir.

Pxenyan ABŞ-ın xəbərdarlıqlarını «cəfəngiyat» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG