Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Fevral, şənbə, Bakı vaxtı 23:53

Qazaxıstan hakimiyyəti ölkənin cənubunda yaşayanların şimala köçürülməsi layihəsinə başlayıb.

Hakimiyyətin göstərdiyi izah odur ki, ölkə əhalisinin 55 faizi cənubda yaşayır, orada hamıya iş yeri çatmır.

Ölkənin şimalında isə vəziyyət tam tərsinədir: iş yerləri var, işçi çatmır, əhali azalır.

Birjan Nurımbatov, əmək və sosial müdafiə nazirinin müavini: "“Demoqrafik vəziyyətlə bağlı ölkədə problemlər var. Biz böyük təhlil aparmışıq. Əgır təmayül davam eləsə, yaxın 5 ildə şimalda təkcə 4 regionda iqtisadi fəal əhali 167 min azalacaq. “

Buna görə də hökumət yaxın 4 ildə cənubdan şimala 59 min ailənin köçürülməsini planlaşdırılır.

Köçən hər adama 240 dollar məbləğində yol pulu verilir. Bir il ərzində ev kirayəsini, kommunal xidmətləri də hökumət ödəyir.

Planın icrasına bu ildən başlanıb. Bu il 288 ailə köçürülməlidir.

Qazaxları cənubdan şimala köçürürlər
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

SİYASİ AMİL

Qazaxıstanın şimal regionları həm də burda etnik qazaxların az olması ilə tez-tez gündəmə gəlir. Xüsusilə Ukraynanın Krım vilayətini Rusiya ilhaq edəndən sonra Qazaxıstanın şimal rayonlarında da rəsmi Astana üçün təhlükəli vəziyyət yaranması barədə tez-tez mediada təhlillər səslənirdi.

Buna da bax: Ukraynada Stalin və Beriyaya cinayət işi açıldı

Müstəqillik dövründə Qazaxıstanda belə irimiqyaslı köç birinci dəfə deyil. 1997-ci ildə bütün hökumət və dövlət orqanları o vaxtki paytaxt Almatı-dan Akmola şəhərinə köçürdü. Yarım il sonra Akmolanın adı dəyişdirilib, Astana qoyuldu. 20 ildə paytaxt Astananın əhalisi 300 mindən 900 minə çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG