Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 06:37

Ermənistan müxalifəti birləşə bilər


Raffi Hovannisian, Seyran Ohanian və Vartan Oskanian

Ermənistanda ötən parlament seçkisinə bir blokda gedən Raffi Hovannisian, Seyran Ohanyan və Vardan Oskanyan president Sarkisianın hakimiyyəti yenidən mənimsəməsinə qarşı mübarizə aparacaqlar.

Bunu avqustun 9-da AzadlıqRadiosunun Ermənistan xidmətinə “İrs” partiyasının nümayəndəsi Susana Muradyan deyib.

Onun sözlərinə görə “İrs” partiyasının lideri Raffi Hovannisianla partiyanın sədr müavini Armen Martirosyan son günlər müxalifətin birləşməsi ətrafında danışıqlara başlayıblar.

Amma Susana məhs hansı müxalifət qüvvələri ilə danışıqlar aparıldığına aydınlıq gətirməyib.

Qeyd edək ki, Raffi Hovanisianla Vardan Oskanyan keçmiş xarici işlər nazirləri,Seyran Ohanyan isə ötən il vəzifədən kənarlaşdırılmış keçmiş müdafiə naziridir.

Ermənistanda edilən konstitusiya düzəlişlərinə görə ölkə, president idarəçiliyindən Parlament idarəçiliyinə keçir.

Belə halda ötən parlament seçkisində qalib gələn hakim partiya Sarkisianı baş nazir seçə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG