Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 22:12

Prezident 'Sovetski'də yeni yolların açılışını edib


«Statistika» dairəsi

Prezidenti İlham Əliyev avqustun 9-da Bakının Yasamal rayonunun keçmiş «Sovetski» ərazisində yenidən qurulan «Statistika» dairəsinin, Nəriman Nərimanov prospektinin və Abdulla Şaiq küçəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, «Azəravtoyol» ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə ətraflı məlumat verib.

O, bildirib ki, Ümumi uzunluğu 7 kilometrdən çox olan Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması artıq yekunlaşıb.

Nəriman Nərimanov prospektinin yenidən qurulması zamanı hərəkət zolaqlarının sayı 4-ə çatdırılıb. Abdulla Şaiq küçəsi isə 3 hərəkət zolağından ibarətdir. Layihə çərçivəsində 169 yol nişanı quraşdırılıb.

PREZİDENT MÜŞVİQİN ABİDƏSİ ÖNÜNƏ GÜL QOYUB

Daha sonra prezident İlham Əliyev yenidən qurulan «Statistika» dairəsində görülən işlərlə tanış olub. O, repressiya qurbanlarından şair Mikayıl Müşfiqin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Yenidənqurma işləri nəticəsində Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairə ləğv olunub. İndi həmin yerdə yaşıllıq zolağı salınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG