Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:35

Koalisiya zərbələrindən azı 29 dinc sakinin öldüyü bildirilir


Raqqaya hava zərbələri

Raqqanı «İslam Dövləti» (İŞİD) ekstremist qruplaşmasından azad etməyə çalışan ABŞ koalisiyasının hava zərbələrindən azı 29 dinc sakinin öldüyü xəbər verilir. Onların içində 14 uşaq da var.

Suriya İnsan Haqları Təşkilatının avqustun 8-də bildirdiyinə görə, ölənlərdən 14-ü bir ailənin üzvləridir.

Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya ittihama hələlik cavab verməyib. Koalisiya indiyədək bildirib ki, dinc sakinlərin öldürülməməsi üçün fövqəladə cəhdlər edir və belə ölüm hallarını araşdırır.

Koalisiya ötən ay bildirmişdi ki, 2014-cü ildə İraq və Suriyada əməliyyatlara başlayandan azı 600 dinc sakin həlak olub. Ancaq insan haqları qrupları bu sayın daha böyük olduğunu deyirlər.

Suriya kürdləri və ərəblərinin alyansı olan Suriya Demokratik Qüvvələri iyunda Raqqanı geri almaqdan ötrü hücuma başlayıblar. ABŞ koalisiyası isə alyansa hava zərbələri və artilleriya dəstəyi ilə kömək edir.

BMT Raqqada 50 minədək dinc sakinin qaldığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG