Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 07:20

«Taliban» Əfqanıstanın şimalındakı ucqar kənddən 235 girovu azad edib. Daha öncə həmin kənddə «Taliban»ın «İslam Dövləti» (İŞİD) yaraqlıları ilə birlikdə 50-dək şiəni qətlə yetirdiyi bildirilirdi.

«Bu axşam Mirzə Olanq kəndindən qadınlar və uşaqlar daxil olmaqla, 235 nəfər azad edilib. Bu, yerli ağsaqqalların və vilayət rəsmilərinin vasitəçiliyi ilə mümkün olub», – yerli valinin sözçüsü Zabihullah Amani avqustun 8-də «France-Presse» agentliyinə deyib.

O, kənddə naməlum sayda adamın girov saxlandığını da sözlərinə əlavə edib.

Əfqanıstan təhlükəsizlik orqanlarındakı mənbənin «France-Presse»ə bildirməsinə görə, Mirzə Olanqda 100-dək adam hələ də girov saxlanır.

«Taliban» və İŞİD yaraqlıları avqustun 5-də birgə əməliyyatda həmin kənddə 50 nəfəri qətlə yetiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG