Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 17:57

6 aylıq qeyri-neft ixracının dəyəri - 737 milyon...


Dövlət Statistika komitəsi

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 10 692,8 milyon dollar təşkil edib.

İxracın dəyəri 7283,1 milyon, idxalın dəyəri isə 3409,7 milyon dollar olub.

3873,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Əvvəlki ilin uyğun dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin faktiki 3,8 faiz artdığı bildirilir. Ancaq real ifadədə isə 16,4 faiz, o cümlədən ixracın 8,6 , idxalın isə 28,6 faiz azaldığı vurğulanır.

Buna da bax:​ 'Bizdə tenderlərdə qalib əvvəlcədən məlum olur' – Media icmalı

Ticarət tərəfdaşlığında 39 faiz payla Avropa Birliyi ölkələri öndədir.

6 ayda Azərbaycana ən çox idxal Rusiyadan olub - 19,4 faiz. İdxalın 16,8 faizi Türkiyənin, 9,8 faizi Çinin, 5 faizi Almaniyanın, 4,7 faizi isə Ukraynanın payına düşür.

6 ayda qeyri-neft məhsullarının ixracında isə artım olduğu bildirilir. DSK qeyd edir ki, yanvar-iyun aylarında ixrac edilmiş qeyri-neft məhsulları 737,6 milyon dollar dəyərində olub. Bu göstəricinin ötən illə müqayisədə 26,8 faiz çox olduğu açıqlanıb. İxracda təzə tərəvəz 73,1, təzə meyvə 34,3, kartof 50,6, tütün 36,9, çay 44,3 faiz artıb.

Buna da bax: Prezident: 'Onların savadsızlığı ucbatından kənd təsərrüfatı tənəzzülə uğradı'

Şəkər, bitki yağları, meyvə və tərəvəz konservləri, marqarin ixracında isə azalma olub.

Bununla belə, ölkə ixracında əsas yer yenə neft və qazın payına düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG