Avqustun 8-i Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Xəbəri Mərkəzi Bank yayıb.
Xəbərə görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7007 səviyyəsində formalaşıb.
Bu gün, avqustun 8-də rəsmi məzənnəyə görə, 1 dollar 17008 manata bərabər idi.
Son 5 ayda keçirilən hərraclarda bəzi istisnalarla manat dollara nisbətən möhkəmlənir. Bu il manatın dollarla müqayisədə ümumilikdə 4 faiz möhkəmləndiyi bildirilir. Bəzi ekspertlər manatın indiki məzənnəsini real saymırlar. Onlar deyirlər ki, manatın məzənnəsi inzibati üsullarla müəyyən edilir.