Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 20:56

Müfəttişlikdən işəgötürənlərə xəbərdarlıq


İsti havalardan necə qorunursunuz?
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

İsti havalardan necə qorunursunuz?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti havaların qızmar keçməsi ilə bağlı işəgötürənlərə müraciət edib. Xəbəri müfəttişlik yayıb.

Müfəttişlik bildirir ki, Əmək Məcəlləsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda bütün növ işlərin görülməsi dayandırılmalıdır:

«Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədi ilə onlara sərinləmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. İşəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir».

Xəbərdarlıqda vurğulanır ki, belə fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına uyğun ödənilməlidir.

Müfəttişlik bunu da bildirir ki, qeyd olunan hava şəraitində açıq havada işləməyə məcbur edilən şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda 40, Abşeronda 41, bəzi rayonlarda isə 42 dərəcə isti var.

Günün bütün mövzuları

XS
SM
MD
LG