Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 12:33

Krıma elektrik verilişi bərpa olunub


Yaltada işıq lampasına qoyulmuş abidə

Enerji rəsmiləri avqustun 7-də Rusiyanın nəzarətində olan Krım yarımadasında on minlərlə adamın elektrik təchizatının saatlarla kəsildiyini bildirir. Bu, özəlliklə də isti havada çətinliklər yaradıb.

Rusiyanın Energetika Nazirliyi veb-saytında yerləşdirdiyi bəyanatda bildirib ki, regionun əsas şəhəri olan Sevastopolda və digər yerlərdə 109 minə yaxın adam işıqsız qalıb. TASS agentliyinin məlumatına görə, avqustun 7-də gecə yarısından bircə saat öncə problemlər aradan qaldırılıb və Krıma elektrik enerjisinin verilməsi tam bərpa olunub.

Bir neçə gündür havanın temperaturu 40 dərəcə selsidən yüksəkdir.

Rusiya Krımı 2014-cü ilin martında qanunsuz ilhaq edib. Ukraynadan yarımadaya elektrik verilişi 2015-ci ilin noyabrından bəri kəsintilərlə üzləşib. Belə ki, iki böyük ötürücü dağıdılıb və bunun Ukrayna millətçilərinin əməli olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG