Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 09:18

Yarım ildə 600 kq narkotik maddə müsadirə edilib


Narkotik maddə

2017-ci ilin birinci yarısında Azərbaycanda törədilmiş 13182 cinayətin 1694-ü və ya 12,9 faizi narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Bunu Dövlət Statistika Komitəsi bildirir.

Həmin faktların 63,9 faizi narkotik maddələrin şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama, 28,2 faizi narkotik maddəni satış məqsədilə saxlama ilə əlaqədardır. Bunun 6,1 faizi narkotik bitkilərin qanunsuz kultivasiyası, 1,8 isə güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Buna da bax:​ Mədədə 25 büküm heroin aşkarlandığı deyilir

Bu cinayətləri 1302 nəfər törədib. Onların 89,6 faizini heç yerdə işləməyən və oxumayanlar, 39,4 faizini də əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər törədib.

Cinayət törətmiş şəxslərin 0,2 faizi yetkinlik yaşına çatmayanlar, 8,6 faizi 18-24, 13,9 faizi 25-29 yaş arası gənclər, 77,3 faizi də 30 və yuxarı yaşlı şəxslərdir.

Hesabat dövründə müsadirə edilmiş 639,2 kiloqram narkotik maddənin 55,2 kiloqramını heroin, 426,9 kiloqramını marixuana, 119,5 kiloqramını tiryək, 2,5 kiloqramını həşiş, 35,1 kiloqramını isə digər narkotik vasitələr təşkil etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG