Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 07:21

Nazirlə görüş 500 dollar, nazir müavini ilə - 400!


arxiv

Ukraynada qeyri-adi hərrac keçirilir - hərraca nazirlərlə, yüksək vəzifəli məmurlarla görüşlər çıxarılır. Hərracı ProZorro dövlət satınalmalar xidməti təşkil edir.

2015-ci ilin dekabrından keçirilən bu hərraclar haqda ProZorro-nun rəhbəri Aleksey Sobolev deyir: “Hərə öz ilkin qiymətini deyir. Hərraca qədər heç kim bilmir ki, kim hansı qiyməti təklif edir, alıcıların sayı nə qədərdir. Təyin olunan vaxtda bu məlumatlar açılır və sonra 3 mərhələdə alver gedir. Bir saat ərzində kim daha çox pul versə, hərracı o udur”.

Sobolevin sözlərinə görə, hərracdan toplanan pulların hamısı xeyriyyəyə gedir.

Hərracda iştiraka məhdudiyyət yoxdur. Təki pulun olsun.

Hərraca nələr çıxarılır?

Ukraynanın daxili işlər nazirinin 25 yaşlı müavini Anastasiya Deeva ilə səhər yeməyi hüququ 400 dollara satılıb.

Anastasia Deeva
Anastasia Deeva

​Ədliyyə naziri Pavel Petrenko ilə şam yeməyinə 500 dollar verilib.

Xarkovda müəssisə rəhbəri olan Aleksey Boychuk energetika nazirinin müavini Natalia Boyko ilə teatra getmək hüququna 400 dollar verib.

Bu barədə nazir müavini Natalia Boyko deyir: "Mən əvvəlcə buna şübhə ilə yanaşırdım, ancaq fikrimcə, əla ideyadır. Mən çoxdan teatrda olmamışdım."

Nataliya Boyko
Nataliya Boyko

ProZorro-nun rəhbəri A.Sobolev deyir ki, "bu hərraclarda pis heç nə yoxdur. Öz vaxtını satmaq həm əyləncəlidir, həm də uşaqlara kömək edirik."

Toplanan pullar nəyə sərf olunur?

Müqəddəs Luka Voyno-Yasenetski Xeyriyyə Fondunun həmtəsisçisi Aleksandra Telyatnikova : " “Bütün pullar uşaqlar üçün süni nəfəs aparatlarının alınmasına sərf olunur. Xəstəxanalarda ən yeni aparatların artıq 8 yaşı var. Hamısı köhnədir.”

Vitali Klitschko, 2009-cu il
Vitali Klitschko, 2009-cu il

Növbəti hərraclar daha maraqlı olmalıdır. Anti-İnhisar Komitəsinin rəhbəri Svetlana Panaiotidi ilə şərab dequstasiyası və ya Kiyev meri, boks üzrə keçmiş dünya çempionu Vitaliy Klitschko ilə birgə məşq eləmək hüququ hərraca çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG