Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 07:18

Krım Tatar Məclisi-nin sədr müavininə 8 il həbs cəzası istənildi


Foto arxiv

Prokuror Krım Tatar Məclisi-nin liderlərindən biri Ahtem Ciygoz-ə 8 il həbs cəzası istəyib.

Bu barədə avqustun 7-də Azadlıq Radiosu məlumat yayıb.

O, kütləvi hərc-mərclik salmaqda ittiham olunur.

Ahtem Ciygoz ittihamı rədd edir.

Krım.Realii saytının müxbiri xəbər verir ki, prokuror Anastasia Supryaga ilhaq edilmiş “Krım Ali Məhkəməsi”ndə onun günahının tam sübuta yetirildiyini bəyan edib.

İstintaq avqustun 1-də yekunlaşıb.

Ahtem Ciygoz-ə dəstək olaraq məhkəmə zalına 50-ə yaxın adam gəlib.

Ahtem Ciygoz 2 il əvvəl Ukraynanın ərazi bütövlüyünə dəstək aksiyasında iştiraka görə həbs olunub.

O, “Krım Tatar Məclisi”nin sədr müavinidir.

“Memorial” hüquq-müdafiə mərkəzi onu siyasi məhbus sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG