Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 10:22

Repressiya qurbanlarının sümükləri üstündə qəsəbə


Aceron qəsəbəsi

Rusiyanın şimalında Komi vilayətindəki Acerom qəsəbəsi Stalin dövründə repressiya qurbanlarının düşərgəsi olub. İndi onun yerində qəsəbədir. Qəsəbə o vaxtki məhbusların sümükləri üstə tikilib.

Yerli fəal Anatolis Smilingis deyir ki,"hər il külək, yağış insan qalıqlarını, sümüklərini üzə çıxardır. Baxın, insan sümükləridir. Yenə yığmaq, basdırmaq lazımdır. Hər sümük bir insana məxsusdur. Belə insanlar burda nə qədər olub? - heç kim bilmir."

Anatolis və onun xanımı belə sümük görən kimi yığırlar və səliqə-sahmanla basdırırlar.

Bəziləri isə sümük dolu meşəyə göbələk və giləmeyvə yığmağa gedir. Onlar bunu özləri üçün yeməyə yox, satmağa yığırlar.

Repressiya qurbanlarının sümükləri üstündə qəsəbə
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Anatolis Similingis: "Biz Litvada yaşayırdıq. Valideynlərim məktəb müəllimi idi. Litva SSRİ-yə birləşdiriləndə mənim valideynlərim arzuolunmaz şəxs elan olundu və bura deportasiya olundular."

Sovet hakimiyyəti bu düşərgəni 1937-1938-ci illər repressiyaları dövründə yaradıb, 1940-cı ildə isə bağlayıb. Yerli sakinlər belə bir düşərgənin olduğunu yerli-dibli unutmaq istərdilər.

Buna da bax: Stalinin heykəlinə müştəri tapılmır

Valentina Vokuyeva: "Bu, bizi keçmişə qaytarır. Bu siyasi məhbuslar heç nədən qırılıblar. Nə qədər ki, onların qalıqları burdadır, biz buna laqeyd qala bilmərik."

90 yaşlı Smilingis Litvaya qayıdıb, normal mənzildə yaşaya, Avropa ölkəsinin pensiyasını ala bilər. Ancaq o getmir, hər gün bu tayqanı dolaşır.

1937-1938-ci illəri əhatə edən və hətta 50-ci illərin əvvəllərinə gedib çıxan edən repressiya dövründə Azərbaycandan da 150 mindən çox adam Sibirə, Qazaxıstana və digər ucqar yerlərə sürgün edilib. Rəsmi məlumata görə, onların hər on nəfərindən biri düşərgələrdə ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG