Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 04:45

Xətainin nəvəsinin 'Divan'ı Əlyazmalar İnstitutunda


İbrahim Cahinin «Divan»ı

Əlyazmalar İnstitutu Şah İsmayıl Xətainin nəvəsinin «Divan»ının surətini əldə edib.

Xəbəri Əlyazmalar İnstitutu yayıb.

«İnstitutun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu «Divan»ının surətini əldə edib», - məlumatda bildirilir

Əlyazmalar İnstitutundan verilən xəbərə görə, «İsmaililər» təriqətinin başçısı Sədrəddin Ağaxanın İsveçrənin Cenevrə şəhərindəki kolleksiyasından alınmış bu «Divan»da İ.Cahinin fars və Azərbaycan dillərində yazdığı şeirləri toplanıb.

Şah İsmayıl Xətai Səfəvi dövlətinin ilk şahı (1501-1524) və «Səfəviyyə» təriqətinin rəhbəri olub.

Dövlətin Səfəvi adlanması Şah İsmayılın ulu babalarından biri, «Səfəviyyə» ürfan ocağının qurucularından Səfiyyədinin adı ilə bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG