Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 12:00

Milli Məclisin sədri İrana gedir


Milli Məclisin sədri Oqtay Əsədov

Bu gün, avqustun 5-i Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti İran İslam Respublikasının paytaxtı Tehrana səfər edəcək.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı Milli Məclisin sədri və onu müşayiət edən şəxslər İran prezidenti Hassan Rohaninin andiçmə mərasimində iştirak edəcəklər. Oqtay Əsədovun tədbirə qatılan nümayəndə heyətlərinin başçıları ilə görüşləri də nəzərdə tutulub.

Buna da bax:​ Deputat: 'Rusiyanın mənafeyinə zidd heç nə etməmişik'

QMİ sədri də Tehrana yola düşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri, Şeyxülislam Allahşükür Paşazadə də avqustun 5-də İrana gedib. Xəbəri QMİ yayıb.

Səfərdən məqsəd bu il avqustun 6-da İranda keçiriləcək «İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Şeyxülislam Allahşükür Paşazadə bu səfəri çərçivəsində İran prezidenti Hassan Rohaninin inaqurasiya mərasimində də iştirak etməlidir.

Buna da bax: Parlament ‘Avronest’ə qayıtdı

Bu ilin mayında İran İslam respublikasında prezident seçkiləri keçirilib. Hassan Rohani yenidən prezident seçilib. Bu gün avqustun 5-də onun rəsmi inaqurasiya mərasimi keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG