Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 20:01

İraqda şiə yaraqlıların buraxılmasına çağırırlar


İraq. Moqtada al-Sadr tərafdarları.

İraqın aparıcı şiə ruhaniləri İranın dəstəklədiyi güclü şiə yaraqlıların buraxılmasına çağırırlar. Bu çağırış ölkənin ikinci böyük şəhəri olan Mosulun İslam dövləti (İŞİD) silahlı qruplaşmasından alınandan sonraya təsadüf edir.

Bağdad əhalisi arasında xeyli sayda tərəfdarları olan ruhani Moqtada al-Sadr avqustun 4-də Hashed al-Shaabi qruplaşmasının buraxılmasına çağırıb. Bu qruplaşmanın 122 min üzvünün olduğu bildirilir və İranın şiə yaraqlıları üstünlük təşkil edir.

Buna da bax:​ Baş nazir: 'Mosulun azadlığı İraq xalqının böyük qələbəsidir'

Nəhəng ekranlarla yayımlanan çıxışında Sadr İraqın baş naziri Haidar al-Abadi-ni Hashed yaraqlılarını buraxmağa, “orduya nizamlı üzvlər cəlb etməyə” çağırıb.

İranın dəstəklədiyi şiə yaraqlıların buraxılmasıyla bağlı digər şiə ruhanisi Sheikh Fadil al-Bidayr də çağırış edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG