Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 07:14

'Novaya Gazeta' jurnalistinin deportasiyası dondurulub


Ali Feruz (Hudoberdi Nurmatov). 20 iyul, 2017

Avropa İnsan Haqları Məhkəməsi Rusiyadan jurnalistin Özbəkistana deportasiyasının dondurulmasıyla bağlı fövqəladə qərar çıxarıb.

Jurnalistin vəkili Kirill Koroteyev avqustun 4-də deyib ki, Strasburq məhkəməsi müstəqil “Novaya Gazeta” qəzetinin Rusiya kökənli jurnalisti Ali Feruz-un deportasiyasının dondurulmasını təsdiqləyib.

Buna da bax:​ Rusiyada almaz mədənində itənləri axtarırlar

Vəkilin “Interfax” xəbər agentliyinə bildirməsinə görə, məhkəmə Feruz-a sentyabrın sonunadək vaxt verib. O vaxtadək jurnalist apellyasiya şikayəti verməlidir.

“Interfax” xəbər verir ki, Rusiyanın Ədliyyə Nazirliyi Avropa Məhkəməsindən bildiriş alan kimi “Rusiyanın uyğun dövlət qurumlarını” bilgiləndirib.

Moskva Şəhər Məhkəməsi avqustun 7-də deportasiya qərarından verilmiş apellyasiya şikayətinə baxmalıdır.

Əsl adı Hudoberdi Nurmatov olan Feruz-un Moskvadan deportasiyasına avqustun 1-də qərar verilib. Onun miqrasiya qanunu pozduğu iddia olunur.

Buna da bax: ABŞ mediası: Xüsusi prokuror Rusiya təhqiqatı ilə bağlı Böyük münsiflər heyəti yaradıb

O, insan haqları fəallarına saxlanarkən döyüldüyünü, elektroşoka məruz qaldığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG