Avqustun 5-i Bakı və Abşeron yarımadasında havanın günəşli olacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 23-26, gündüz 34-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da yağıntı olmayacağı bildirilir. Gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun 10-a kimi ölkə ərazisində havaların kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlıq edir.
Bakı və Abşeronda 35-39, bəzi günlərdə 41 dərəcə isti gözlənilir.
Naxçıvan Muxtar Respublikası və Mərkəzi-Aran rayonlarında isə bəzi günlərdə temperaturun 43 dərəcəyə yüksələcəyi təxmin edilir.