Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 02:12

Navalny cərimələnib


Aleksei Navalny

Avqustun 3-də Rusiya məhkəməsi müxalifət lideri Aleksei Navalny və iki həmkarının cərimələnməsi barədə qərar çıxarıb. Onlar ötən ay Moskvada icazəsiz aksiyada vərəqələr yaydıqlarına görə cərimələnirlər.

Navalny deyir ki, polis onun evinə gəlib, onu məhkəməyə aparıb və seçki kampaniyası qaydalarını pozmaqda suçlayıb. O, YouTube videosu vasitəsiylə adamları yürüşdə iştiraka çağırmaqda, vərəqələr yaymaqda ittiham olunur.

Gələn ilin martında prezident seçkisinə qatılmaq niyyətini elan etmiş Navalny yürüşün qanuni olduğunu deyir.

Ancaq məhkəmə Navalny və həmkarları Leonid VolkovNikolai Lyaskin-in qanunu pozduqlarını, 250 min-300 min rubl ($4140-$4960) ödəməli olduqlarını deyir.

«300 minlik cərimə. Bunu sonra hakimin maaşından çıxarıq», – Navalny Twitter-də yazıb.

Navalny prezident seçkisinə qatılacağını elan etsə də, Rusiya seçki orqanları iyunda bildiriblər ki, mənimsəmə ittihamıyla 5 illik şərti cəza aldığından seçkiyə gedə bilməyəcək.

Navalny rəsmi səviyyədə korrupsiyanı araşdırdığına görə tanınıb. İyunda kütləvi etirazlar təşkil etdiyinə görə 25 sutkalıq cəza çəkib.

Günün bütün mövzuları

XS
SM
MD
LG