Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 15:08

Kosovo parlamenti hökuməti bir daha formalaşdırmağa çalışacaq


Kosovo parlamenti

Kosovonun yeni parlamentinin üzvləri avqustun 4-də bir daha toplaşaraq ölkəni siyasi böhrandan qurtarmağa çalışacaqlar. Onlar bir gün öncə spiker seçə, yeni hökumətin formalaşdırılmasına doğru addım ata bilməyiblər.

Parlamentin 3 avqust iclası baş tutmayıb. Belə ki, heç bir partiya, yaxud koalisiya spikeri seçməkdən ötrü çoxluq təşkil edə bilməyib.

Aralıq spikeri Adem Mikullovci avqustun 4-nə, səhər 10-a növbəti iclası təyin edib.

Spikerin seçilməməsi Kosovonun daha bir siyasi böhran və yeni seçkiylə üzləşəcəyi sarıdan narahatlıq yaradıb.

İyunun 11-də keçirilən erkən seçkilərdə heç bir partiya hakim çoxluğu qazana bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG