Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 17:55

ABŞ prezidenti Donald Trump deyir ki, ötənilki seçkini Rusiyanın köməyi ilə udmayıb. Bu arada media yazır ki, Ədliyyə Departamenti Rusiyanın seçkiyə iddia olunan müdaxilə cəhdlərini araşdırmaq üçün böyük münsiflər heyəti yaradıb.

«Çox adam bilir ki, kampaniyamızda rusiyalı olmayıb. Biz Rusiyaya görə qələbə çalmamışıq. Biz sizin sayənizdə seçkini udmuşuq», – Trump avqustun 3-də Qərbi Virciniyada tərəfdarları qarşısında çıxışında deyib.

Respublikaçı Trump demokratları «yalan», «tamamilə uydurulmuş» Rusiya əhvalatını irəli aparmaqda suçlayıb.

«The Wall Street Journal» və digər media orqanları isə yazırlar ki, Ədliyyə Departamentinin xüsusi müşaviri Robert Mueller Trump kampaniyasının Moskvayla əlaqələrini araşdırmaq məqsədiylə böyük münsiflər heyəti yaradıb.

Trump-ın sözlərinə görə, Rusiyanın onun seçilməsinə kömək etməsi ideyası belə, «hamımızı, hər şeydən çox ölkəmizi və Konstitusiyamızı alçaldır».

Günün bütün mövzuları

XS
SM
MD
LG