Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:05

40 dərəcə isti gözlənir


Günəş

Avqustun 4-ü Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 23-26, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG