Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:15

Avropa Birliyi Lənkərana 13.5 milyon avro ayırıb


AB

Avropa Birliyi kənd yerləri və regionların inkişafından ötrü Azərbaycana yeni yardım paketi ayırıb.

Bu barədə qurumun saytında xəbər yayılıb.

Xəbərdə bildirilir ki, Lənkəranın inkişafından ötrü 13.5 milyon avro vəsait verilir.

«Proqramda əsas diqqət qeyd olunan rayonun meyvə və tərəvəz sektorunda rəqabətliliyin davamlı şəkildə gücləndirilməsi, əlavə dəyərin artırılması üzərində cəmlənəcək», - deyə məlumatda vurğulanır.

Məlumatda məhz Lənkəran bölgəsinin seçilməsinin səbəbi də izah edilir. Bildirilir ki, adambaşına düşən investisiya və gəlirlərə görə Lənkəran ən aşağı səviyyədə olan regionlardan biridir. Ancaq, eyni zamanda, bu regionun bağçılıq sahəsində böyük potensialı var.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla Assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu il isə Azərbaycanla Avropa Birliyi arasında ikitərəfli danışıqlar başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG