Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 09:38

Pence Kosovonu dəstəkləyəcəyini bildirib


Adriatik Xartiyası sammiti

ABŞ-ın vitse-prezidenti Mike Pence vəd edib ki, Kosovonun NATO-ya tam üzvlüyü yolundakı maneələrin aradan qaldırılmasına kömək edəcək. Bunu Kosovo prezidenti Hashim Taci avqustun 2-də Pence ilə görüşdən sonra deyib.

Thaci Facebook-da yazıb ki, iki lider Monteneqrodakı Adriatik Xartiyası sammiti çərçivəsində «dostcasına və konstruktiv» görüş keçiriblər.

Onun sözlərinə görə, Pence-yə deyib ki, Kosovo ABŞ-ın müttəfiqi olaraq qalır və «ekstremizmin, radikalizmin və terrorçuluğun hər hansı formasına qarşı mübarizədə güzəştə gedən deyil».

Pence avqustun 2-də Serbiyanın yeni baş naziri Ana Brnabic-lə də görüşüb. O, mühafizəkar ölkənin ilk açıq homoseksual prezidentidir.

Brnabic-in ofisinin yaydığı məlumata görə, o, Pence-dən Serbiyanın Avropa Birliyinə üzvlüyü yolunda dəstəyini istəyib və tərəflər regional sabitlik, ikitərəfli münasibətləri müzakirə ediblər.

Sammitdə çıxış edən Pence Qərbi Balkan ölkələrini AB və NATO yolunda irəlilədikcə, fikir ayrılıqlarını kənara qoymağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG