Moldova hökuməti Rusiya baş nazirinin müavini Dmitry Rogozin-i «persona non-qrata» elan edib.
Rogozin-in Moldovaya girişi, yaxud ərazisindən keçməsi yasaqlanıb.
Hökumət bunu Rogozin-in iyulun 28-də Moldova, onun xalqı və rəhbərliyi haqda ziddiyyətli bəyanatları ilə izah edib. Həmin gün Rumıniya hakimiyyəti Rogozin-in olduğu kommersiya təyyarəsinin hava məkanına girməsinə icazə verməmişdi.
Rusiya xarici işlər nazirinin müavini Grigory Karasin Rogozin-ə qarşı qadağanı «provokasion və əsaslandırılmamış» adlandırıb və deyib ki, Moldova hökuməti Rusiyayla münasibətləri korlamağa çalışır.
Moldovanın rusiyapərəst prezidenti Igor Dodon avqustun 4-də Tehranda prezident Hassan Rohani-nin inauqurasiya mərasiminə gedərkən Rogozin-lə də görüş planlaşdırır.
Moldovanın Dnestryanı bölgəsinin separatçıları 1990-cı illərdə müstəqillik elan edib. Moskvanın onları dəstəkləməsimə baxmayaraq, heç bir ölkə tərəfindən tanınmırlar. Rusiya burada 1200 nəfərlik hərbi qüvvə saxlayır.