Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 16:37

Jurnalist zorakılığa məruz qaldığını bildirir


Aytac Əhmədova

Jurnalist Aytac Əhmədova bu gün, avqustun 2-də məlumat toplayarkən zorakılığa məruz qaldığını bildirir. O, peşə alətlərini mülkigeyimli şəxsin zorla əlindən alıb qaçdığını söyləyir.

Bu haqda danışan jurnalist hər şeyin polis əməkdaşlarının gözü önündə baş verdiyini ifadə edib. Onun sözlərinə görə, hadisə Suraxanı rayonu ərazisindəki «Duzlu göl» yaxınlığında baş verib. Jurnalist həmin ərazidə məcburi köçkünlərə məxsus obyektlərin söküntüsünü lentə alırmış.

«Əvvəlcə bir mülkigeyimli şəxs yaxınlaşıb telefonumu əlimdən alaraq qaçdı. Arxasınca qaçıb çağırsam da, telefonumu əlindən ala bilmədim. Uzaqlaşıb maşına mindi. Üzərindən 20 dəqiqə keçəndən sonra Suraxanı rayon İcra Hakimiyyətinin tanıdığımız nümayəndəsi gəldi, telefonu mənə qaytardı», - deyən jurnalistin sözlərinə görə, olay yerində obyekti sökülən şəxslərdən biri ilə icra nümayəndələri arasında dava düşüb.

A.Əhmədova deyir ki, olayı lentə alarkən telefonunu əlindən alan kimliyi bəlli olmayan şəxs yenidən onun işləməsinə müdaxilə edib.

'Duzlu göl'də obyekti sökülənlər prezidentin köməkçisini ittiham edirlər
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

Jurnalistin deməsinə görə, bu dəfə o, videokameranı ştativ qarışıq götürərək, «VAZ-2107» markalı avtomobilə əyləşərək qaçıb.

Jurnalist üzləşdiyi rəftarla bağlı gərəkli addımların atıldığını bildirib. Mətbuat Şurasına, hüquq-mühafizə qurumlarına, habelə olayın baş verdiyi Suraxanı rayonunun İcra Hakimiyyətinə müraciət edilib.

Mətbuat Şurası artıq olayın araşdırıldığını bildirib. Şura rəsmilərindən Əvəz Rüstəmov Daxili İşlər Nazirliyi və Suraxanı rayon İcra Hakimiyyəti ilə təmas qurduqlarını bildirib. Ə.Rüstəmovun deməsinə görə, adıçəkilən qurumlardan deyiblər ki, jurnalistin əlindən alınmış avadanlıqlar gün ərzində geri veriləcək.

Suraxanı Rayon İcra Hakimiyyətindən «Turan» agentliyinə isə deyiblər ki, «narahat olmağa ehtiyac yoxdur».

«Biz məsələni həll etmişik. Kamera və ştativi polis idarəsinə təhvil verəcəklər. Avadanlıqları sabah (3 avqust) polisdən götürmək olar», - icra hakimiyyətinin ümumi şöbəsindən bildiriblər.

Ancaq jurnalistin kamera və ştativini qaçıran şəxsin kimliyi açıqlanmır. Onun bunu nədən etdiyini öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG