Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 14:34

Ağ evdən Trump-la bağlı etiraf


Donald Trump və Donald Trump Jr.

Ağ ev avqustun 1-də etiraf edib ki, prezident Donald Trump oğlunun ötən il rusiyalı vəkillə görüşü haqda bəyanatın hazırlanmasına kömək edib. Həmin görüş prezident seçkisi kampaniyası zamanı baş tutub.

«The Washington Post» qəzetinin iyulun 31-də yazdığına görə, Trump oğlu Donald-a deyib ki, mətbuata görüşün, əsasən, rusiyalı uşaqların amerikalı ailələr tərəfindən övladlığa götürülməsinə fokuslandığını söyləsin. Ancaq daha sonra açıqlanmış e-mail-lər göstərib ki, görüşdə Trump-ın demokratlardan olan rəqibi Hillary Clinton-a potensial zərbə vuracaq informasiya götür-qoy olunub.

Ağ evin sözçüsü Sarah Huckabee Sanders deyib ki, Trump sadəcə «hər bir ata kimi, öz təkliflərini verib».

Sözçünün sözlərinə görə, kiçik Trump-ın görüşlə bağlı mətbuata açıqlaması düz olub, onda qeyri-dəqiqlik olmayıb.

Bu insident prezidentin Rusiyanın ötənilki seçkilərə müdaxiləsiylə bağlı iddiaları yumşaltmağa çalışdığını göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG