Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 07:38

Avqustun 1-də ABŞ-ın vitse-prezidenti Mike Pence Monteneqroda səfərdə olarkən bu ölkənin liderlərini alqışlayıb, onların Rusiyanın təzyiqinə dirəniş göstərdiyini vurğulayıb.

Pence bu kiçik Balkan ölkəsinə Gürcüstandan gəlib. Tbilisidə isə Rusiyanı 2008-ci il müharibəsindən sonra Gürcüstanın ərazisini «işğal etməsinə» görə tənqid edib.

Monteneqroda prezident Filip Vujanovic və digər siyasi liderlərlə naharda Pence deyib ki, onun 620 min əhalisi olan bu ölkəyə səfəri «Amerikanın kiçik deyil, yalnız güclü müttəfiqləri olması faktının göstəricisidir».

«Rusiyanın təzyiqinə rəğmən sizin cəsarətiniz dünyanı həvəsləndirir və buna görə sizi alqışlayıram», – Pence deyib.

Pence iyulun 20-də Estoniyaya getmişdi. Onun bu səfərində məqsəd Rusiyanın Ukraynanı işğalından narahat olmuş müttəfiqləri sakitləşdirməkdir.

Rusiya Monteneqronun NATO-ya üzvlüyünü də əngəlləməyə çalışırdı. Hətta ötən il Rusiyanın bu ölkədə çevrilişə cəhd etdiyi bildirilirdi. Amma Moskva ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG