Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 19:15

BMK fermerlərin maliyyə resurslarına çıxışını genişləndirir


Traktor

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) kənd təsərrüfatı sığortasının inkişafı üzrə layihə hazırlayır. Layihənin məqsədi azərbaycanlı fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsidir.

Bu haqda BMK-nın Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova bildirib.

O, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovla görüşdə deyib ki, layihə kənd təsərrüfatında risklərin azaldılmasına, dövlət və özəl sektorla səmərəli əməkdaşlığa yönəldilib.

«Bu, kəndli təsərrüfatlarının davamlılığını artıracaq. Layihə sığorta qanunvericiliyinin təkmilləşdirilməsi, yeni normativ aktların qəbul edilməsi və aqrar sektorda yeni sığorta modelinin tətbiqi üzrə dövlət strukturlarının əməkdaşlığını nəzərdə tutur», - o deyib.

Hər il dövlət büdcəsindən kənd təsərrüfatı əmlakının sığortasından ötrü maliyyə verilir. Sığorta haqqının 50 faizinin ödənilməsi məqsədilə 1 milyon manat ayrılır. Bu haqda Hesablama Palatasının (HP) bu günlərdə açıqlanmış analitik hesabatında bildirilir.

Ancaq həmin vəsaitlərdən adətən tam istifadə edilmir. HP-nın bilgilərinə görə, 2014-cü ildə kənd təsərrüfatı əmlakının sığortasına nəzərdə tutulmuş 1 milyon manatdan cəmi 23.2 min, 2015-ci ildə isə 14.6 min manatı istifadə olunub.

Maliyyə Nazirliyi bu il də kənd təsərrüfatı əmlakının sığortalanmasına 1 milyon manat ayıracaq.

AzadlıqRadiosuna danışan fermerlər də zaman-zaman torpaqların sığortalanmasında maneələrlə üzləşdiklərindən şikayətləniblər. Ancaq rəsmi qurumlarda fermerlərin özlərinin bunda maraqlı olmadığını söyləyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG