Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:45

'Dəniz kuboku-2017' beynəlxalq yarışları başlayır


Rusiya hərbi gəmisi Bakıda

Bu gün, avqustun 1-i Bakıda «Dəniz kuboku – 2017» beynəlxalq yarışların açılış mərasiminin keçirilməsi gözlənilir.

Açıqlamanı Müdafiə Nazirliyi yayıb.

«Beynəlxalq Ordu Oyunları – 2017» çərçivəsində «Dəniz kuboku – 2017» beynəlxalq yarışların açılış mərasimi saat 18.30-da Bakı Dənizkənarı Bulvarda (Saat qülləsinin qarşısında) başlamalıdır.

Açılış mərasiminə ictimaiyyət nümayəndələri, şəhər sakinləri, hərbçilər və ölkədə akkreditə olunmuş xarici ölkələrin nümayəndələrinin qatılacağı təxmin edilir.

Yarışlarda Azərbaycan, Rusiya, İran, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri və müşahidəçi qismində Türkiyə, Səudiyyə Ərəbistanı, Bəhreyn Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Yarışlar avqustun 1-dən 11-nə kimi davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG