Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 12:28

Dövlət Reklam Agentliyinin nizamnaməsi təsdiq edilib


İ.Əliyev

İyulun 31-i prezident İlham Əliyev Azərbaycan Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.

Fərmana əsasən, «Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi» təsdiq edilib.

Agentliyin nizamnamə fondu dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılmaqla 10 min manat müəyyən edilib. Onun 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurası üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi prezidentin səlahiyyətindədir.

Fərmana əsasən, agentliyin ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsindən ötrü 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 1 milyon manat ayrılıb.

XATIRLATMA

Prezident İlham Əliyev iyunun 20-də Dövlət Reklam Agentliyinin yaradılması ilə bağlı fərman imzalayıb.

Fərmana görə, Dövlət Reklam Agentliyi publik hüquqi şəxsinin yaradılmasında məqsəd ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni təmin etməkdir.

Agentliyin fəaliyyətinə prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi direktor rəhbərlik edəcək.

İ.Əliyevin digər sərəncamı ilə Aydın İbadov agentliyin direktoru təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG