Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 14:05

AzadlıqRadiosunun müxbiri ölümlə hədələnir


Soltan Achilova

Azad Avropa/Azadlıq Radiolarının Türkmənistandakı əməkdaşı özünü polis əməkdaşı kimi təqdim edən şəxs tərəfindən ölümlə hədələnib. Bu haqda AzadlıqRadiosu iyulun 31-də məlumat yayıb.

Soltan Achilova iyulun 29-da Türkmənistanda Velosiped günüylə bağlı fotolar çəkirmiş, bir kişi ona xəbərdarlıq edib ki, bu işi dayandırsın, yoxsa «sonu gələcək».

68 yaşlı Achilova-nın sözlərinə görə, ötən həftə o, şəkil çəkmək istəyərkən bir nəfər mobil telefonunu oğurlamağa çalışıb. Achilova ötən ilin noyabrında da bir neçə qısnama halıyla üzləşib.

«Jurnalistika Türkmənistanda, yaxud müasir dünyanın istənilən yerində cinayət deyil. İndi Soltan Türkmənistanda işini dayandırmaqdan ötrü hədələnir», – AzadlıqRadiosunun prezidenti Thomas Kent deyib.

«Türkmənistan hökuməti Soltan Achilova-nın təqibinə dərhal son qoymalı, onun təhlükəsizliyini təmin etməlidir», – prezident söyləyib.

Achilova AzadlıqRadiosu türkmən xidmətinin vebsaytını Türkmənistandan fotolar və videolarla təmin edir.

Son illər AzadlıqRadiosunun Türkmənistandakı əməkdaşlarına hücumlar artıb. «Freedom House» insan haqları təşkilatı Türkmənistanı «qeyri-azad» ölkə sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG