Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 10:21

Rusiya dopinq mədəniyyətini dəyişmək yönündə yetərincə proqres əldə etməyib və beynəlxalq yarışlara buraxılmayacaq. İyulun 31-də dünya atletlərinin qurumu belə bir açıqlama yayıb.

«Bəzi irəliləyiş var, ancaq həll olunası məsələlər çoxdur», – Atletika Federasiyalarının Beynəlxalq Assosiasiyasının Rusiyada dopinq məsələləri üzrə işçi qrupunun sədri Rune Andersen deyib.

«Əsas məsələ odur ki, heç bir mənalı test aparılmayıb», – o söyləyib.

Əvvəllər 19 min dopinq testi aparan Rusiyanın antidopinq agentliyi indi ildə 2 minədək sınaq keçirə bilər. Andersen deyib ki, agentlik hələ də məcəlləyə əməl etmir.

Rune-nin sözlərinə görə, Rusiya hakimiyyəti Ümumdünya Antidopinq Agentliyinin ötən il yaydığı tapıntıları hələ tam qəbul etməyib. Agentlik Rusiyada genişmiqyaslı, dövlət səviyyəsində dopinq istifadəsindən yazırdı.

«İrəliləyiş olsa da, görüləsi iş çoxdur», – dünya federasiyasının prezidenti Sabastian Coe deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG