Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 15:56

Venesuela prezidenti Nicolas Maduro yeni konstitusiya assambleyasının seçildiyi ziddiyyətli seçkini alqışlayıb, bunu «inqilabdan ötrü ən böyük səsvermə» adlandırıb.

Solçu prezident iyulun 31-də Karakasın mərkəzində yüzlərlə tərəfdarı qarşısında çıxışında danışıb. Seçki komissiyası seçici fəallığının 41.5 faiz olduğunu deyir.

Ancaq müxalifət təmsilçilərinin fikrincə, rəsmi rəqəmlər şişirdilib, onların hesablamalarından iki dəfə artıqdır.

İyulun 30-da keçirilən seçki zorakılıqlarla müşahidə olunub, azı 10 nəfər öldürülüb. Müxalifət iyulun 31-də də etirazlar planlaşdırıb.

Maduro deyir ki, yeni assambleya böhran yaşayan ölkəyə «yeni dirəniş erası» gətirəcək.

Ancaq müxalifət partiyaları seçkini boykota çağırıb, bildirib ki, assambleyanın yaradılması Maduro-ya müxalifətin nəzarətində olan Konqresi buraxmaq, gələcək seçkiləri yubatmaq, Maduro-nun hakimiyyətini möhkəmləndirməkdən ötrü seçki qaydalarını yenidən yazmaq imkanı verəcək.

Aylardır davam edən etirazlarda təxminən 120 nəfər həlak olub.

ABŞ-ın BMT-dəki səfiri Nikki Halley iyulun 30-da Twitter-də yazıb ki, assambleyanın seçilməsi «saxtakarlıq» və diktaturaya doğru bir addımdır.

Prezident Donald Trump Konqresə geniş sanksiyalar qoyacağını bildirib.

Maduro-nu sərt tənqid edirlər ki, hakimiyyətdə olduğu dörd ildə ölkəni iqtisadi iflasa sürükləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG