Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 12:37

ABŞ Estoniyada 'Patriot'lar yerləşdirə bilər


Mike Pence və xanımı Karen Pence

İyulun 30-da ABŞ-ın vitse-prezidenti Mike Pence Estoniyada «Patriot» antiraket müdafiə sisteminin quraşdırılmasının mümkünlüyündən danışıb. Bunu ölkənin baş naziri deyir.

«Bu gün bu barədə danışdıq, ancaq günü və ya vaxtından söz açmadıq», – baş nazir Juri Ratas ERR dövlət televiziyasına deyib.

Bu açıqlama Pence-in Rusiyayla sərhəddə yerləşən Estoniyaya səfərindən sonra verilib.

Birləşmiş Ştatların «Patriot» müdafiə sistemi mobil, quruda yerləşən sistemdir, raketləri və hərbi təyyarələri aşkarlamaq üçün hazırlanıb.

Ratas onu da deyib ki, iki lider Rusiyanın Estoniyayla sərhəd yaxınlığında planlaşdırdığı hərbi manevrlərdən, Estoniya, Birləşmiş Ştatlar və NATO-nun onları necə monitorinq etməli, informasiya mübadiləsi aparmalı olmasından da danışıblar.

M.Pence Gürcüstan və Monteneqroya da gedəcək. O, Estoniyanın paytaxtı Tallində deyib ki, Vaşinqton Baltik ölkələri və Şərqi Avropadakı digər müttəfiqlərinin yanındadır. Pence Rusiyanın həmin regionlarla bağlı niyyətlərindən narahatlığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG