Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:57

Manatı yaxın aylarda nə gözləyir?


İllüstrasiya
İllüstrasiya

İqtisadçıların proqnozları

“Azərbaycanda manatın sabitliyi əsasən iki amildən asılıdır”.

Bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib. Onun fikrincə hökumət 2017-ci ildə manatın məzənnəsini saxlamağa çalışacaq.

İqtisadçı xatırladır ki, Dövlət Neft Fondu Mərkəzi Banka makroiqtisadi sabitliyin qorunması məqsədi ilə 7,5 milyard manat vəsait ayırıb. Həmin vəsaitin 2,3 manatı ilin birinci yarısında xərclənib. O, hesab edir ki, bu vəsaitin xərclənməsi valyuta bazarında sabitliyi təmin edən iki amildən biridir.

Rövşən Ağayevin fikrincə, başqa bir amil ölkədə iqtisadi geriliyin və durğunluğun hökm sürməsidir:

“Bununla bərabər idxal da azalmaqda davam edir. İqtisadi fəallığın olmadığı şəraitdə valyutaya tələbatın azalması normaldır” .

Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadçı bildirib ki, hökumət ilin ikinci yarısında Dövlət Neft Fondundan Mərkəzi Banka ayırdığı vəsaitin hesabına manatın məzənnəsini qorumağa çalışacaq:

“Son iki ildə manatın devalvasiyası ölkənin bank, maliyyə sektorunu ağırlaşdırdı. Çünki bank, maliyyə sektorunun kifayət qədər xarici borcları var. Problem ondadır ki, banklar dollarlarla borcu qaytaranda daha çox manat tələb olunur. Bu problem eyni qaydada şirkətlərə də aiddir. Artıq, Dövlət Dəmiryolu İdarəsi ilə bağlı müəyyən narahatlıqlar mətbuata çıxıb. Yaxud SOCAR... Nəzərə alın ki, Dövlət Dəmiryolu İdarəsi yerli valyuta ilə vəsait qazanır. Yəni manatın ucuzlaşması dövlət şirkətlərinin, bank sektorunun xarici borclarının qaytarılmasında böyük gərginlik yaradır. Ona görə hökumət məzənnə sabitliyini qorumaqda maraqlı idi. Banklarındollar kreditlərinin həcminin, hələ də böyük olmasının da bu prosesə təsiri var. Məzənnə sabit olmayanda o borcları geri almaq bir az ad çətinləşir ”.

İqtisadçı Vüqar Bayramov isə ilin sonuna qədər manatın məzənnəsini proqnozlaşdırmağın çox çətin olduğunu düşünür:

Buna da bax: Deputat: 'İslahatlar başlayandan vaxtı keçmiş kreditlər azalmaq əvəzinə, artıb'

Onun sözlərinə görə, Mərkəzi Bank bazara təsir etmək imkanlarına malikdir:

“Dollara tələbin artdığı dövrdə Mərkəzi Bankın müdaxiləsi ilə həm hərraclara çıxarılan vəsaitin həcmi baxımından, həm də digər vasitələrlə proseslərə təsir imkanlarını qoruyur. Amma manatın məzənnəsini proqnozlaşdırmaq çətin olsa da, dollara tələbin necə dəyişəcəyini proqnozlaşdırmaq mümkündür”

“Avqustda dollara tələbat artacaq ”

Vüqar Bayramov avqustun sonundan dollara tələbin artacağını proqnozlaşdırır:

Vüqar Bayramov
Vüqar Bayramov

“Konkret olaraq, avqust və dekabr aylarında Mərkəzi Bank üçün çətin olacaq. Çünki sentyabrda yeni tədris ili başladığından avqustda buna uyğun olaraq idxal artır və nəticədə dollara tələb güclənir. Həm də avqustun sonuna qədər turizm mövsümü başa çatır, ölkəyə daxil olan valyutada azalma yaranır. Mərkəzi Bank üçün ən çətin ay dekabr olacaq, noyabrın ikinci yarısından dollara tələb artacaq. Həm bayramlar ayıdır, xarici səfərlər də artır və ən əsası dövlətin də, bankların da, özəl müəssisələrin də xarici borc öhdəlikləri üçün son aydır. Belə olanda məzənnənin dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Əgər Mərkəzi Bank mövcud siyasətini davam etdirəcəksə, məzənnədəki intervalı qoruyacaq. Yox, bazardakı tələb-təklifə uyğun hərəkət edəcəksə, bu, məzənnəyə təsir edəcək ”.

Rövşən Ağayevin fikrincə, Azərbaycanın idxaldan asılı olması da sosial gərginliyi artıram amillərdən biridir.

“Baxın, 2015-ci ildə gerçəkləşən iki devalvasiyadan sonra hökumət inflyasiyanın birrəqəmli olmasını təmin edə bilmir. Ötən il 13, bu ilin birinci yarısı 14 faiz inflyasiya qeydə alınıb. Yəqin ki, ilin sonunda yenə ikirəqəmli inflyasiya olacaq. Bütün bunların fonunda ilin sonuna qədər hökumət kiçik dəyişikliklərlə manatın məzənnəsini qorumağa çalışacaq ”

Buna da bax: Standard and Poor’s Azərbaycanın reytinqini 'mənfi'də saxlayıb

Rövşən Ağayev sadaladığı amillərin daxili iqtisadi siyasətə bağlı olduğunu deyir:

Neft amili...

“Amma elə xarici amillər var ki,proqnozları poza bilər. Məsələn, neftin qiyməti avqustun sonundan 40 dollardan aşağı düşərsə, hökumət itirilmiş gəlirlərin yerini kompensasiya etmək üçün manatın ucuzlaşmasına gedə bilər. Amma bu variant az ehtimal olunur. Neft bazarının təhlilləri qiymətin ilin sonuna qədər 40 dollardan aşağı enməyəcəyini düşünməyə əsas verir”.

Vüqar Byaramov da deyib ki, Dövlət Neft Fondundan Mərkəzi Banka transfer olunan vəsait hərraca çıxarılmır:

“Bu məsələnin bazara psixoloji təsiri var, iqtisadi yox. Mərkəzi Bank Dövlət Neft Fondunun məhz dollar satışı hesabına dollara tələbi ödəyir. Valyuta bazarındakı son iki həftənin təhlil göstərir ki, dollara olan tələb məzənnədəki dəyişikliklərlə bağlıdır. Amma Mərkəzi Bank manatın kəskin möhkəmlənməsində maraqlı deyil, sadəcə, ilin sonuna qədər məzənnəni qorumağa çalışır.Hazırdahərraclarda satılan dolların 90 faizindən çoxu idxal məqsədilə istifadə olunub. Yığım üçün alınan valyutanın həcmi xeyli dərəcədə azalıb. Səbəb dollarlaşma səviyyəsinin yüksək olmasıdır”

Xatırlatma

Azərbaycanda son 5 ayda keçirilən hərraclarda bəzi istisnalarla manat dollara nisbətən möhkəmlənir. Artıq, bu müddət ərzində 1 dollar 1 manat 92 qəpikdən 1 manat 70 qəpiyə düşüb.

Buna da bax: Rusiyada çalışan azərbaycanlılar 'krizis'in bazara təsirindən danışır

Rusiyada çalışan azərbaycanlılar 'krizis'in bazara təsirindən danışır
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG