Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 16:50

İyulun 29-dan 30-na keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq, Tovuz rayonunun Qaralar kəndlərini Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan intensiv atəşə tutub.

Azərbaycan Müdafiə nazirliyinin bu gün, iyulun 30-da yaydığı ikinci məlumatda belə deyilir.

Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəydiyi bildirilir.

Buna da bax:​ "Ölən əsgərlərin arasında məmur, nazir övladı yoxdur"

Məlumatda bildirilir ki, bu zaman hərbi qulluqçu Hüseyn Zakir oğlu Əkbərli həlak olub.

“Hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır”, – deyə məlumatda qeyd edilir.

Müdafiə nazirliyinin iyulun 30-u səhər saatlarında yaydığı birinci məlumatda isə sutka ərzində ümumilikdə Azərbaycan mövqelərinin 140 dəfə atəşə tutulduğu bildirilirdi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Buna da bax: MN: 'Ermənistan cəbhənin müxtəlif istiqamətlərində...'

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG