Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:44

Mərhum əsgərin qohumları yolu bağlayıb


Arxiv fotosu
Arxiv fotosu

Müəmmalı şəraitdə ölən əsgər Vüsal Novruz oğlu Hümbətovun ailəsi iyulun 28-i Bakı-Qazax magistral yolunu bağlayaraq aksiya keçiriblər.

Ancaq Goranboy rayonunun Nadirkənd kəndində doğulan Vüsal Hümbətovun yaxınları "N" saylı hərbi hissəsinin çavuşunun intihar etməsi barədə deyilənləri rədd edir və müvafiq orqanların araşdırma aparmalarını tələb edirlər.

Buna da bax:​ Əsgər ölümlərini gizlətmək ya açıqlamaq lazımdır? [video]

Aksiya iştirakçıları onun öldürüldüyündən şübhələnirlər:

“Vüsalın məzuniyyətə gəlməsinə iki gün qalmışdısa, niyə intihar etsin?”, – deyə onlar sual ediblər.

Nadirkənd icra nümayəndəsi Elşən Verdiyev də əsgərin ölüm xəbərini təsdiq edib:

“Yas mərasiminə hərbçilər də gəlmişdilər. Onlar da ölüm səbəbini dəqiq bilmirlər. Hazırda araşdırma gedir, yəqin ki, bəlli olacaq”.

Buna da bax:​ Avropa Məhkəməsindən əsgər ölümünə görə Azərbaycana qarşı qərar

Müdafiə nazirliyi, hələ ki, Vüsal Hümbətovun ölümü ilə bağlı məlumat yaymayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG