Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 20:57

ABŞ-ın vitse-prezidenti Gürcüstana da gedəcək


Mike Pence

ABŞ-ın vitse-prezidenti Mike Pence Estoniyaya yollanıb. O, Rusiyanın regiondakı niyyətlərindən narahatlıq bildirmiş üç ölkəyə səfər edir. İyulun 30-da Tallində olacaq, daha sonra Gürcüstan və Monteneqroya gedəcək.

ABŞ administrasiyası rəsmilərinin sözlərinə görə, bu səfər Prezident Donald Trump-ın iyulun əvvəlində Avropaya səfərinin davamıdır.

Buna da bax:​ Deputat: 'Saakashvili ABŞ-dan sığınacaq istəyə bilər'

O zaman Trump Polşa və Almaniyada olmuş, NATO-ya dəstəyini bildirmiş, eyni zamanda Rusiya prezidenti Vladimir Putin-lə görüşmüşdü.

Trump ABŞ-ın NATO sazişinin 5-ci maddəsinə dəstəyini bildirib. Həmin maddədə deyilir ki, NATO ölkəsinə hücum alyansın bütün üzvlərinə hücum deməkdir. Trump Rusiyanı da Avropadakı hərəkətlərinə görə tənqid edib.

Estoniya və Monteneqro NATO üzvləridir, Gürcüstan isə alyansa qoşulmağa ümid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG