Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 16:51

"Cumhuriyyet" qəzetinin 7 əməkdaşı azadlığa buraxıldı


Istanbul, 24 iyul 2017

İstanbul məhkəməsi “Cumhuriyet” qəzetinin 7 jurnalistini və əməkdaşını azadlığa buraxıb, ancaq onlardan ölkəni tərk etməmək haqda imza alınıb.

Məhkəmə eyni vaxtda “Cumhuriyet”in həbsdə olan baş redaktoru Murat Sabuncu və qəzetin direktoru Akın Atalay da daxil, 4 əməkdaşını azad etməkdən imtina edib.

Hazırda azadlıqda olan daha iki jurnalist haqda həbs qərarı da qüvvədə saxlanıb. Onlardan biri qəzetin keçmiş baş redaktoru Can Dündardır. O, hazırda Almaniyada yaşayır.

Qəzetin əməkdaşları 2016-cı ildə tutulublar. İstanbul prokurorluğu onları PKK və Fətullah Gülenin FETO təşkilatı ilə əlaqələrdə ittiham edir.

ATƏT iyulun 24-də Türkiyəni jurnalistləri azad etməyə çağırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG