Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 03:28

Rumıniya Rogozinin uçduğu təyyarəyə icazə vermədi


Moldovada Rogozinin səfəri ilə bağlı etirazlar

Rumıniya Rusiyanın baş nazirinin müavini Dmitry Rogozinin uçduğu təyyarəyə icazə vermədiyinə görə, iyulun 28-də Ragozinin Moldovaya səfəri baş tutmayıb.

Rogozin Moldovada Rusiyapərəst ölkə prezidenti İgor Dodonla görüşməli idi.

O həmçinin Moldovanın separatçı Dnestryanı regionunun rəhbəri Vadim Krasnoselsky ilə birlikdə iyulun 29-da Rusiyanın bu regionda sülhümahfizə əməliyyatının başlanmasının 25 illiyini qeyd etməli idi.

Rogozinin səfəri ilə bağlı Moldova paytaxtı Kişinauda etiraz aksiyaları keçirilirdi.

Rogozin iyulun 28-də bildirib ki, onun təyyarəsi istiqamətini dəyişib və Minskdə enib.

Rumıniya Avropa Birliyinin üzvləridir, Rogozin isə Avropa Birliyinin və ABŞ-ın Rusiya rəsmilərinə qarşı sanksiyalar siyahısındadır.

Bu sanskiyalara görə, onun Avropa Birliyinə girişi qadağandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG