Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 01:57

Həbsdəki gənc fəal Bayram Məmmədovun səhhətində ciddi problemlərin yarandığı bildirilir.

Bu haqda onun atası Fərman Məmmədov məlumat verib. Sağlıq problemləri ilə bağlı ailə üzvlərinə B.Məmmədov özü bu gün, iyulun 28-də telefonla bildirib.

“3 gündür yediklərini qaytardığını bildirdi. İynə vurublar, ancaq hərarəti yenə də düşməyib. Yatağı “skvoznyak” hissədə olduğundan güman ki, möhkəm soyuqlayıb”, - atası deyib.

Atası B.Məmmədovun saxlama şəraiti ilə bağlı problemlərinin, hələ də həll edilmədiyini söyləyib.

Buna da bax:​ Bayram Məmmədov ictimaiyyətə açıq müraciət göndərib

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən B.Məmmədovun sağlıq durumu ilə bağlı bilgi almaq mümkün olmayıb.

Nazirliyin Tibb Baş İdarəsindən isə “Turan” Agentliyinə gənc fəalın sağlıq durumu ilə bağlı müvafiq addımların atılacağı bildirilib.

Vəkil Elçin Sadıqov bu ilin aprelində Bayram Məmmədova 13 saylı cəzaçəkmə müəssisəsində işgəncələr verilməsi, qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı da bəyanat vermişdi.

Həmin vaxt B.Məmmədov vəkili vasitəsilə açıqlamışdı ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin ona münasibəti çox pisdir. Gəncin deməsinə görə, ona çatdırıblar ki, Heydər Əliyevin heykəlinə şüar yazdığından daim təzyiq altında olacaq.

Buna da bax: Gənc fəalın atası: 'Qanun kimə necə sərfəlidir, o istiqamətdə istifadə edir'

"B.Məmmədov 13 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirildiyi gündən bəri xəstədir. Səbəb odur ki, ona yatmaq üçün yeri tualetin yanında və daim külək əsən yerdən veriblər. Müəssisənin rəhbərliyinə müalicə olunmaq və yerinin dəyişdirilməsi üçün müraciət etməsinə baxmayaraq, ona heç bir əhəmiyyət verilməyib. Xəstə olduğu halda sıra baxışına çıxarılır, gəzintiyə aparılır, müəssisə işçiləri ilə birlikdə məcburi əməyə cəlb edilir, əsassız olaraq "kars"a salınıb", - vəkil bildirmişdi.

Penitensiar Xidmət bununla bağlı isə bildirmişdi ki, cəza çəkdiyi dövrdə məhkum B.Məmmədov Cəzaların İcrası Məcəlləsinin 91-ci maddəsinin tələblərinə uyğun olaraq maddi məişət şəraiti ilə təmin edilib.

İşgəncələrə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmayıb, şəxsi təhlükəsizlik hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin olunur.

Buna da bax:​ Bayram Məmmədov ailəsiylə görüşüb

XATIRLATMA

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə ötən il mayın 10-da saxlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG