Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 21:39

Dini icmaların sayı 783 oldu


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Yeni qeydiyyatdan keçmiş daha 16 dini icmaya şəhadətnamələr təqdim edilib.

Bu barədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, təqdimat mərasimində komitə sədrinin birinci müavini Səyyad Salahlı dini icmaların cəmiyyətin mənəvi-ruhi tarazlığının saxlanmasında böyük rola malik olduğunu bildirib.

O, bu sahədə din xadimlərinin üzərinə düşən vəzifələrdən danışıb.

Buna da bax:​ Dini icmalara maliyyə ayrılıb

Eyni zamanda dini icma sədrlərinə milli-mənəvi dəyərləri daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini təkmilləşdirməyi tövsiyə edib.

Xatırlatma

Ölkədə dini icmaların təkrar qeydə alınması 2009-cu ildən başlayıb.

O vaxtdan indiyə kimi 783 dini icma qeydiyyata alınıb.

Bunların 755-i islami, 28-i qeyri-islami dini icmalardır. Ölkədə 17 xristian, 8 yəhudi, 2 bəhai və 1 krişna şüuru icması qeydiyyatdan keçib.

Ancaq əvvəlcə qeydiyyatda olan bəzi dini icmalar təkrar qeydiyyatdan keçməyib. Həmin dini icmalar bunu ayrı-seçkilik, komitə isə sənədlərin qaydada olmaması ilə izah edib.

Buna da bax: 2246 məsciddən 727-i qeydiyyata alınıb

ABŞ Dövlət Departamentinin din azadlığı haqqında hesabatlarında da bir neçə dəfə qeydiyyat məsələsinə toxunulub. Hesabat müəlliflərinin gəldiyi nəticəyə görə, Azərbaycanda dini icmaların qeydiyyat prosesi çətindir. Bu proses xeyli mürəkkəbləşdirilib. Ancaq komitə rəsmiləri bu fikirlə razı deyillər.

Günün bütün mövzuları

XS
SM
MD
LG