Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 22:12

Azərbaycanın verdiyi kreditləri vaxtında qaytarmırlar


Manat

2017-ci ilin birinci yarısında Azərbaycanın Serbiya və Gürcüstana verdiyi kreditlər üzrə cəmi 10 mln. 264.3 min manat ödəniş edilib. Bu, 2017-ci il üzrə proqnozun 20.2 faizinə bərabərdir.

Hesablama Palatasının bu gün, iyulun 28-i açıqladığı təhlildə belə deyilir.

Palata vurğulayır ki, büdcə gəlirlərinin təsnifatında kreditlərin əsas məbləğinin qaytarılması üzrə maddə nəzərdə tutulmayıb. Ona görə, bu kreditlər üzrə ödənişlər «başqa daxilolmalar» maddəsində hesaba alınır.

Amma Palata 2017-ci ilin birinci yarısında xarici kreditlərin toplamda hansı həcmdə ödənildiyini açıqlamır. Serbiya və Gürcüstana ümumilikdə nə qədər və hanası şərtlərlə kredit verildiyi də hesabatda öz əksini tapmayıb.

2016-cı ilin yanvar-iyununda Azərbaycanın Serbiya və Gürcüstana verdiyi kreditlər üzrə 24 mln 428.7 min manat ödənilib.

Sənədə görə, Azərbaycan beynəlxalq donor siyasətini bu il də davam etdirib. 41 mln. 611.9 min manat kredit verilib. Bu, ilik proqnozun 80 faizidir.

2016-cı ildə isə yalnız Serbiya və Gürcüstana 106 mln 594.5 min manat kredit verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG